Dünyada yoluxma azalır - ÜST

  • 2022.03.02 14:34
  • 1323 Baxış
Dünyada yoluxma azalır  - ÜST

Ötən həftə ərzində koronavirusa yoluxanların sayı əvvəlki 7 günlə müqayisədə, 16%, ölənlərin sayı isə 10% azalıb.

Medicina.az xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb.

Qeyd olunur ki, son bir həftə ərzində 10 milyondan çox insan koronavirusa yoluxub, 60 mindən çox insan dünyasını dəyişib.

Belə ki, 21-27 fevral tarixlərində yeni yoluxanların sayına görə üstünlük təşkil edən Avropada azalma 24% təşkil edib.