Dünyanın ən böyük böyrək daşı çıxarıldı

  • 2023.08.11 17:18
  • 1334 Baxış
Dünyanın ən böyük böyrək daşı  çıxarıldı
Dünya əhalisinin çox faizində böyrək daşı probleminə rast gəlinir. Bir çox hallarda cərrahi müdaxilə edilməsi lazım olan böyrək daşları müxtəlif ölçü və sayda olur.


“Medicina” xəbər verir ki, Şri-Lankada ən böyük böyrək daşı xaric olunub.

Şri-Lankanın paytaxtı Kolombodakı xəstə böyrəyindəki ağrılar səbəbi ilə həkimə müraciət edib.
62 yaşlı təqaüdçü əsgər Canistus Kunge Colombo Hərbi Xəstəxanasına yerləşdirilib. Müayinədən sonra pasientin böyrəyində daş olduğunu görən həkimlər xəstəni dərhal əməliyyata alıblar. Onlar, dünyanın ən böyük və ən ağır böyrək daşını çıxarıblar.

Belə ki, əməliyyat zamanı həkimlər uzunluğu 13,3 santimetr, eni 10,5 santimetr və çəkisi 801 qram olan böyrək daşını Kungenin böyrəyindən çıxardılar.

Böyrək daşının qeyri-adi ölçüsü hətta Ginnesin rekordlar kitabına da salınıb. Məlumata görə, böyrək daşı Ginnesin rekordlar kitabına iki ayrı kateqoriya olmaqla daxil edilir:" Dünyanın ən böyük" və "dünyanın ən ağır böyrək daşı".

Əvvəllər "dünyanın ən böyük" böyrək daşı rekordu 2008-ci ildə Pakistanda bir xəstənin 620 qram böyrək daşı götürüldüyü zaman, "dünyanın ən ağır daşı" rekordu isə 2004-cü ildə Hindistanda bir xəstədən çıxarılan 13 santimetr hündürlüyündə böyrək daşına aiddir.


Xanım