Dünyanın ən kök qadını vəfat etdi - FOTO

  • 2017.09.25 13:46
  • 12195 Baxış
Dünyanın ən kök qadını vəfat etdi -  FOTO
Dünyanın ən ağır çəkili qadını Birləşmiş Ərəb Əmirliklərində, Əbu-Dabi xəstəxanaların birində vəfat edib.


 

Medicina.az xəbər verir ki, çəkisi 500 kiloqramadək çatan misirli İman Əhməd Abdulatti Əbu-Dabidə çəkisini azaltmaq üçün əməliyyatlar keçirib.


Bundan əvvəl isə o, Hindistanın Mumbay şəhərində müalicə alırmış.


Lakin Əbu-Dabi xəstəxanasında o, 200 kiloqrama yaxın çəki itirsə də, yaxınları müalicə üsullarına etibar etmədiklərini bildiriblərmiş.


Qadının ölüm səbəbi kimi isə bağırsaq keçilməzliyi və böyrək çatışmazlığı göstərilib.