Dünyanın ən təhlükəli 7 qidası - Bunları yeməyin!

  • 2025.09.25 10:05
  • 104 Baxış
Dünyanın ən təhlükəli 7 qidası -  Bunları yeməyin!

Gündəlik həyatda tez-tez rast gəlinən bəzi qidalar orqanizmə ciddi zərər verə bilər.

Medicina.az xəbər verir ki, marqarinlərdən tutmuş hazır qəhvə qarışımlarına qədər bu yeddi qida ürək-damar sağlamlığından tutmuş çəki artımına qədər bir çox risklər yaradır.

Sağlam qidalanma təkcə nə qədər yediyinizlə deyil, həm də nə yediyinizlə birbaşa bağlıdır.

Şəkər, duz, trans yağ və konservantlarda yüksək olan bəzi qidalar ciddi uzunmüddətli sağlamlıq problemlərinə səbəb olur.

Gündəlik həyatda ən çox yayılmış və sağlamlığa ən çox təhlükə yaradan yeddi qida...



1. Marqarin

Marqarinlərdə yüksək miqdarda trans yağ turşuları və doymuş yağlar var.

Bu birləşmələr pis xolesterinin artmasına və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb olur.



2. İşlənmiş ət

Emal edilmiş ət məhsullarında artıq duz, nitratlar və nitritlər kimi əlavələr var.

Daimi istehlak hipertoniya, diabet və bəzi xərçəng növləri riskini artırır.



3. Bəzi səhər yeməkləri

Bəzi səhər yeməyi taxılları yüksək şəkər və aşağı lif tərkibi ilə diqqət çəkir.

Lif çatışmazlığı uzun müddətli toxluğun qarşısını alır və həzm sisteminə mənfi təsir göstərir.



4. Hazır qəhvələr

3-ü 1-də və oxşar hazır qəhvələrdə yüksək miqdarda şəkər və süni əlavələr var.

Daimi istehlak çəki artımı, diabet və ürək xəstəlikləri riskini artırır.



5. Naggets və şnitzellər

Fast-food məhsulları, xüsusən də naggets və şnitzellər yağ və kalori baxımından yüksəkdir.

İşlənmiş toyuq və konservantlar piylənmə, hipertoniya və ürək-damar problemləri riskini artırır.



6. Bulyonlar

Bulyonlarda həddindən artıq duz və süni əlavələr var.

Bu hipertoniya riskini artırır və həzm sisteminə mənfi təsir göstəror.



7. Şəkərli içkilər

Soda və meyvə ilə şirinləşdirilmiş içkilər yüksək kalorili və aşağı qidalı məhsullar kimi seçilir.

Həddindən artıq istehlak piylənmə, diabet və ürək xəstəlikləri riskini artırır.

Aygün
Medicina.az