Dünyanın ilk fatehinin ölüm səbəbi bilindi - ARAŞDIRMA

  • 2019.10.25 09:35
  • 4220 Baxış
Dünyanın ilk fatehinin ölüm səbəbi bilindi -  ARAŞDIRMA

Çoxillik araşdırma nəticəsində Makedoniyalı İskəndərin ölüm səbəbi müəyyən edilib.


Sərkərdənin ölüm səbəbi 1995-ci ildən alimlər tərəfindən
tədqiq edilir. Son araşdırmaları aparan Aristotel Universitetinin
alimləri doktor Tomas Qerasimidisin rəhbərliyi altında belə qənaətə
gəliblər ki, İskəndər pankreonekrozdan - mədəaltı vəzin kəskin
iltihabından dünyasını dəyişib.




Alimlərin fikrincə, onun bu səbəbdən ölməsi şərab və yağlı
yeməyə meyilli olması ilə əlaqədar ola bilər. Alimlər onun ömrünün son
günlərini təsvir edən tarixi sənədlər əsasında belə qənaətə gəliblər ki,
ölümdən öncə onda halsızlıq, qarın nahiyəsində güclü ağrılar, qızdırma
olub ki, bu da məhz həmin xəsətliyin əlamətləridir.


Lakin bu vaxta qədər Makedoniyalı İskəndərin malyariya,
pnevmaniya, yatalaq kimi xəstəlikdən dünyasını dəyişməsi barədə fikirlər
səsləndiriblər.