Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Duz əvəzi nədən istifadə edək?

  • 2025.07.09 15:57
  • 152 Baxış
Duz əvəzi nədən istifadə edək?

Duz təzyiq, böyrək problem, beyin xəstəlikləri və ürək problemlərində əsas günahkarlardan biridir. Duza alternative çox variantlar var.


“Medicina” xəbər verir ki, terapevt Oksana Drapkina duzu nə ilə əvəz etməli olduğumuzu açıqlayıb.

Pəhrizdə duzun miqdarının azaldılması hipertoniya, infarkt və insultların qarşısının alınmasında mühüm addım ola bilər.


Drapkinanın sözlərinə görə, duz yerinə limon suyu, qurudulmuş və ya sürtgəcdən keçirilmiş zəncəfil, göyərti, sumax, qurudulmuş soğan və sarımsaqdan istifadə etmək olar. O qeyd edib ki, zaman keçdikcə ağız daha az duza uyğunlaşacaq.

Terapevt əlavə edib ki, duzun böyük hissəsi evdə hazırlanan yeməklərdən deyil, hazır məhsullardan: kolbasa, çips, konservləşdirilmiş tərəvəz və souslardan alınır.

"Duzun yalnız 20 faizi yemək bişirərkən və ya süfrədə əlavə olunur. Qalanı isə işlənmiş qidalarda və heyvan mənşəli məhsullarda gizlənir”.

Pəhrizdə duzun miqdarını azaltmaq üçün insanları etiketlərə diqqət yetirməyə və "duz yoxdur" və ya "az natrium" qeyd olunan məhsulları seçməyə çağırıb. Terapevt həmçinin duzun miqdarına nəzarət etmək üçün hazır yeməklər almaqdansa, evdə bişirməyi tövsiyə etdi.


Aygün Musayeva