Daha bir amerikalı Ebola virusuna yoluxub.
Medicina.az xəbər verir ki, ABŞ vətəndaşı Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxub.
Reuters agentliyinin məlumatına görə, Afrika ölkəsində çalışan humanitar təşkilatın işçisi bu virusa yoluxan ikinci amerikalı olub.
Onun və vəziyyəti haqqında ətraflı məlumat verilmir. Yerli Rabitə və Media Nazirliyinin gündəlik bülleteninə görə, KDR-də laboratoriyada təsdiqlənmiş Ebola virusuna yoluxanların sayı son 24 saatda 32 nəfər artaraq 1830-a çatıb. Hazırkı ölüm nisbəti 34,9 faizdir.
Hazırkı epidemiyada ilk ABŞ-lı xəstə may ayında KDR-dən Almaniyadakı xəstəxanaya aparılan və tam sağalan 39 yaşlı kişi olub.
Epidemiolog və Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko əvvəllər Lenta.ru-ya verdiyi açıqlamada Ebola yüksək hərarət, zəiflik və əzələ ağrıları ilə başlayır. O izah etdi ki, ishal, qarın ağrısı və quru öskürək daha sonra susuzluğa səbəb olur.
Yoluxmuşların təxminən yarısında hemorragik səpgi və diş ətlərindən və burundan qanaxma inkişaf edir, qaraciyər və böyrəklər tədricən sıradan çıxır. Mütəxəssisin sözlərinə görə, inkubasiya dövrü 2 gündən 21 günə qədər davam edir.
Aygün Musayeva