Əhalisinin çoxu peyvənd olunsa da bu ölkədə yoluxma artır - İsrail ssenarisi təkrarlandı

  • 2021.09.09 16:22
  • 2034 Baxış
Əhalisinin çoxu peyvənd olunsa da bu ölkədə yoluxma artır -  İsrail ssenarisi təkrarlandı
Monqolustanda ikinci yoluxma dalğası alovlanır. Bu ölkədə vaksinasiya səviyyəsi İsrail kimi yüksəkdir. Əhalinin 70%-dən çoxu 2 doza peyvəndi vurdurub.

Medicina.az xəbər verir ki, Monqolustanda Çin istehsalı vaksin vurulub.

5 sentyabrda ölkədə son 3 ayda rekord yoluxma qeydə alınıb: sutkada 7500 nəfər.

Monqolustan koronavirusun gec çatdığı yerlərdən biridir. İlk yoluxma keçən ilin mart ayında, ölkədə pandemiya isə noyabrda elan edilmişdi.

Monqolustanda könüllü vaksin olunan hər kəsə 50 min tuqrik pul verilir.