Sadə bir əl sıxmaq, daşıyıcının əlinə öskürməsi halında vərəm infeksiyasına səbəb ola bilər.
Medicina.az xəbər verir ki, bu barədə həkim Andrey Kondraxin xəbərdar edib:
"Bütün bağırsaq infeksiyaları qrupu, eləcə də əksər hava yolu ilə yoluxanlar yalnız asqırma və ya öskürmə yolu ilə deyil, həm də təmas yolu ilə ötürülür. Məsələn, bir insan əlinə öskürür və sonra patogenləri ötürür. Bu, virus infeksiyalarına və hətta vərəmə də aiddir".
Hepatit virusları, vəba, qrip, koronavirus, qida yolu ilə keçən xəstəliklər, salmonella, müxtəlif ishal formaları, hepatit A, noroviruslar və rotaviruslar da bu yolla ötürülə bilər.
Ümumiyyətlə, əl gigiyenasına məhəl qoyulmur, əllər infeksiyanın ən aktiv ötürülmə yollarından biridir. İctimai yerlər bu baxımdan xüsusilə təhlükəlidir, çünki bir çox insan orada eyni səthlərə yalın əllə toxunur.
Hətta tualet qapısının dəstəyi belə xəstəliklərin daşıyıcısı ola bilər. Bu cür təhlükələrdən qorunmaq üçün ictimai yerləri ziyarət etdikdən və yeməkdən əvvəl əllərinizi mütəmadi olaraq sabunla yumaq və əl dezinfeksiyaedici vasitədən istifadə etmək kifayətdir.
Aygün Musayeva