Əl vermək, qucaqlaşmaq, öpüşmək olmaz! - Azərbaycanlı həkimdən 18 MƏSLƏHƏT

  • 2020.11.18 17:47
  • 1652 Baxış
Əl vermək, qucaqlaşmaq, öpüşmək olmaz!   - Azərbaycanlı həkimdən 18 MƏSLƏHƏT

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev pandemiyanın sürətləndiyi günlərdə hər kəsin əməl etməli olduğu qaydaları tərtib edib.



1. Qapalı məkanlarda maska geyinmək vacibdir!

2. Açıq məkanlarda maska geyinmək məsləhətdir!

3. Əllə görüşmək olmaz!

4. Qucaqlaşmaq olmaz!

5. Öpüşmək olmaz!

6. Yas yerlərinə getmək olmaz!

7. Qızdırmanız-hərarətiniz varsa, bayıra çıxmaq olmaz!

8. Qızdırmanız varsa, poliklinikanın sahə həkiminə, effekt olmasa təcili yardıma zəng edin!

9. Qorxmayın, panik olmayın! Qorxu, panika və stress immun sistemini zəiflədir!

10. Öz yanınızdan-özbaşına hər hansı müalicə, sistem və dərman preparatı qəbul etməyin!

11. Koronavirus xəstəliyi qorxulu deyil, qorxmayın!

12. Uşaqlar, yeniyetmələr və gənclər 99% hallarda COVID-19 xəstəliyini yüngül keçirir.

13. Əgər şəkərli diabet xəstəliyiniz varsa, koronavirusun hər hansı əlamətini özünüzdə hiss edirsinizsə- qızdırma, halsızlıq, öskürək, boğaz ağrısı, iybilmə və dadbilmə hissinin pozulması və s. dərhal təcili yardıma müraciət edin!

14. Belə şikayətləriniz varsa, işə getməyin! Kimisə yoluxdurub həyatına son qoya bilərsiniz, lütfən, başqalarını da düşünün!

15. Gün ərzində bir neçə dəfə əllərinizi etil spirti əsaslı dezinfektantlarla dezinfeksiya edin və sabunlu su ilə yuyun!

16. Adi, şəffaf qoruyucu eynəklərdən istifadə edin.

17. Bu qaydalara əməl etməyən insanlara irad bildirin!

18. Bütün qapalı və açıq məkanlarda 2 metr ara məsafəsi saxlayaq!