Əldə telefonla gəzmək zərərlidir – Səbəb

  • 2025.12.18 15:22
  • 67 Baxış
Əldə telefonla gəzmək zərərlidir  – Səbəb


Əlimizdə telefonla gəzməyin xoşagəlməz nəticələri müəyyən edilib.
Medicina.az xəbər verir ki, psixoloq Elizabeth Brodbent və professor Vayne Jiang əldə telefonla gəzməyin həm fiziki, həm də zehni sağlamlıq üçün təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər.
Jiang iddia edir ki, bu vərdiş duruş problemlərinə, boyun və yuxarı bel əzələlərində gərginliyə və yerişdə dəyişiklikə səbəb olur. O izah edib ki, telefonlarına baxan insanlar ətrafdakıların fərqində olmurlar ki, bu da qəza riskini artırır.

Öz növbəsində Brodbent əlavə edib ki, təmiz havada gəzintidən sonra insanlar adətən özlərini daha yaxşı hiss edirlər, lakin mobil telefonlarını açıq havada istifadə edən insanlar əksinə, özlərini daha pis hiss edirlər. "Daha müsbət hiss etmək əvəzinə, onlar özlərini daha az ilhamlanmış, daha az xoşbəxt, daha az rahat hiss edirlər".
Aygün Musayeva