Yayın qızmar istisində həyat qurtaran kondisionerlər yüksək elektrik ödənişləri ilə insanları çətinə salır.
Medicina az xəbər verir ki, ekspertlər bir neçə sadə üsulla həm sərinliyi artırmağı, həm də büdcəni qorumağı tövsiyə edirlər.
Enerji səmərəliliyi ilə bağlı son araşdırmalar göstərib ki, kondisioneri tez-tez açıb-söndürmək enerji sərfiyyatını artırır.
Bir çox insanın əksinə olaraq, kondisioneri qısa müddət istifadə etmək əvəzinə sabit temperaturda saxlamaq həm elektrik xərclərini azaldır, həm də cihazın ömrünü uzadır.
Mütəxəssislər bildirirlər ki, kondisioner hər dəfə işə salındıqda istənilən temperatura çatmaq üçün çox enerji sərf edir. Buna görə də, onu tez-tez açıb-söndürmək lazımsız yerə cihazın enerji istehlakını artırır.
Günün çox hissəsini evdə keçirirsinizsə, kondisioneri 24-26 dərəcə arasında sabit saxlamaq həm qənaətli, həm də rahat istifadəni təmin edir.
Aygün
Medicina.az