Elektron siqaret yeniyetmənin ağzında partladı

  • 2020.01.28 15:39
  • 3149 Baxış
Elektron siqaret yeniyetmənin ağzında partladı

17 yaşlı yeniyetmə electron siqaret çəkərkən ağız içində partlayıb və ağız boşluğunu zədələyib.

Medicina.az xəbər verir ki, hadisə Saratov əyalətində baş verib. Həkimlərin və hadisə şahidlərinin bildirdiyinə görə, oğlan ciddi xəsarət alıb, bütün dişləri dağılıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan pasiyent üz-çənə cərrahiyyəsi şöbəsində əməliyyat olunub.

Qeyd edək ki, electron siqaretin partlaması ilə bağlı bu ilk hadisə deyil. Ötən il Permdə daha bir gəncin əlində bu siqaret partlamışdı. Partlamaya səbəb siqaretin batareya akumlyatoru ilə işləməsidir.
Partladıqda qığılcımdan yanğın da baş verir.