Əli Mirəliyev xəstəxanaya yerləşdirildi

  • 2024.02.08 14:05
  • 1100 Baxış
Əli Mirəliyev  xəstəxanaya yerləşdirildi
Müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.


Medicina.az xəbər verir ki, bu haqda "Elgizlə izlə" proqramında deyilib. Sənətçinin xanımı onun səhhətindən danışıb. O bildirib ki, Ə.Mirəliyev əməliyyat olunacaq:

"Vəziyyəti çox ağır idi, indi müayinələrin cavabını gözləyirik. Həkimlər deyib, əməliyyat olunacaq".

Aparıcı Elgiz Əkbər isə "Dua edirik ki, xərçəng olmasın. Şübhələr var. Qan ifraz edib. Həkimlər hazırda analiz nəticəsini gözləyir. 4 gün vəziyyəti çox pis olub" sözlərini əlavə edib.
Əli Mirəliyev  xəstəxanaya yerləşdirildi