Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əlil şəxslər evdə peyvənd oluna bilər - Azərbaycanda

  • 2021.02.03 16:54
  • 2200 Baxış
Əlil şəxslər evdə peyvənd oluna bilər -  Azərbaycanda



Hərəkət məhdudiyyəti olan vətəndaş evində vaksinasiya oluna bilər.

Medicina.az xəbər verir ki, bunu trendə açıqlamasında 2 nömrəli Şəhər Poliklinikasının vaksinasiya kabinetinin məsul həkimi Firuddin Hüseynov deyib.

Həkimin sözlərinə görə, evdə vaksinasiya iki halda aparılır, ya vətəndaşın öz müraciəti əsasında, yaxud sahə həkiminin təyinatı ilə:

“Məsələn, vətəndaş 1-ci qrup əlildir və hərəkət məhdudiyyəti var. Onun evinə getdikdən sonra diaqnoz qoyulur və əks göstəriş olmadıqda həmin şəxsə vaksin vurulur. Poliklinikada xüsusi konteyner var. Peyvəndləmə evdə aparılacaqsa, vaksinlər ünvana qədər xüsusi konteynerdə daşınacaq. Onu da qeyd edim ki, vaksinlər soyuq halda bir yerdən digər yerə daşınır və mütləq şəkildə soyuq temperaturu gözləmək lazımdır. Buna “soyuq zəncir” deyilir və bu zəncir qırılmamalıdır”.

Həkim əlavə edib ki, qeyd olunan bütün proseslər heç bir ödəniş olmadan dövlət tərəfindən aparılır. Bu günə kimi hələlik bu qrupdan olan vətəndaşlardan müraciət alınmayıb.