Əlillər gözləri ilə yazı yaza biləcək

  • 2023.05.14 15:15
  • 1550 Baxış
Əlillər gözləri ilə yazı yaza biləcək
Yaxın gələcəkdə bədən üzvlərindən istifadə etmək qabiliyyətindən məhrum olan xəstələr dünya ilə ünsiyyət üçün yeni unikal imkan əldə edəcək.

İnsult, onurğa sütunu zədələri, amiotrofik lateral skleroz kimi xəstəliklərin qurbanları yazmaq, qələm tutmaq və bəzən danışmaq qabiliyyətindən məhrum olurlar.

Fransada tədqiqatçılar insana yalnız gözləri ilə yazmağa imkan verən sistem hazırlayıblar.

“Medicina” xəbər verir ki, Parisdəki Pierre və Marie Curie Universitetinin tədqiqatçıları göz hərəkətlərini yazılı mətnə çevirmək üçün texnika hazırlayıblar .

Bu cihaz sakkadik adlanan göz hərəkətləri adlanan mürəkkəb fizioloji hərəkəti yazıya çeviriblər.

Onlar sayrışan ekranla bu məsələni həll ediblər. Cihaz göz hərəkətinin tanınması texnologiyasından istifadə edir. Son vaxtlara qədər belə cihazlar xəstələrə siyahıdan sözləri seçməyə imkan verirdi. Yeni qurğu söz və cümlələri xəstənin özünün yaratmasına imkan verir.

Yaxın vaxtlarda cihazın xəstə insanlar üzərində klinik sınaqları keçirilməlidir. Əgər uğurlu olarsa, o zaman kütləvi istehsala başlayacaqlar.

Günay Quluzadə