Elmi araşdırma: Səhərlər yeyilən bu qida sonsuzluğa səbəb olur

  • 2024.02.22 11:31
  • 922 Baxış
Elmi araşdırma:  Səhərlər yeyilən bu qida sonsuzluğa səbəb olur
Aparılan tədqiqatlar yulaf lopalarından ibarət səhər yeməyində cinsi yetkinliyi gecikdirən kimyəvi maddənin olduğunu üzə çıxarıb.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, hər beş amerikalıdan dördü yulaf lopalarında olan kimyəvi maddəyə məruz qalır ki, bu da sonsuzluq, dölün inkişafının dəyişməsi və cinsi yetkinliyin gecikməsi ilə əlaqələndirilir.

ABŞ-da fəalların yaratdığı təşkilat The Environmental Working Groupun (EWG) "Journal of Exposure Science & Environmental Epidemiology" jurnalında dərc etdirdiyi araşdırmada amerikalıların 80 faizinin xlormekat adlı zərərli pestisidə məruz qaldığı bildirilib.

EWG-yə görə, "yüksək zəhərli kənd təsərrüfatı kimyəvi maddələrinin" ABŞ-a idxal edilən yulaf və digər taxıllarda istifadəsinə federal icazə verilir.

Xlormekat üzərində araşdırmalar davam etsə də, təşkilat araşdırmaların onun heyvanlar üzərində potensial təsirini göstərdiyini və bunun "insanlara da zərər verə biləcəyi ilə bağlı suallar doğurduğunu" qeyd edir.

Heyvanlar üzərində aparılan tədqiqatlarda xlormekvatın reproduktiv sistemləri zədələdiyi və heyvanlarda dölün böyüməsini pozduğu, “baş və sümüklərin inkişafını, həmçinin əsas metabolik prosesləri dəyişdirdiyi” sübut edilib.

Qeyri-orqnik yulaf əsaslı qidaların 92%-də sözügedən kimyəvi maddə aşkar edilsə də, buğda əsaslı qidaların yalnız iki nümunəsində (hər ikisi çörək) xlormekvatın aşağı səviyyəsi aşkar edilib.

EWG-nin elmi araşdırmalar üzrə vitse-prezidenti Olqa Naidenkonun sözlərinə görə, EWG-nin alıcılara tövsiyəsi orqanik yulaf məhsulları almaqdır, çünki bu yulaflar xlormekvat və qlifosat kimi zəhərli pestisidlərdən istifadə etmədən yetişdirilir.

Gül