Roma Papası Fransisk xəstəxanadan buraxılıb.
Medicina.az xarici mediaya istinadən xəbər verir ki, Papa Fransisk bu gün səhər müalicə olunduğu "Augustino Gemelli" xəstəxanasını tərk edib.
Qeyd edək ki, iyulun 4-də xəstəxanaya yerləşdirilən 84 yaşlı Roma Papası bağırsağından əməliyyat olunub. Bu, 2013-cü ildən bəri Papa Fransiskin keçirdiyi ən ciddi cərrahi əməliyyatdır.