Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

  • 2021.02.15 16:52
  • 2522 Baxış
Ən güclü təbii antibiotik:  Udi hindi bitkisinin faydaları
Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir.

Bəs udi hindi bitkisi nədir?

Medicina.az xəbər verir ki, ən güclü antibiotik olan udi hindi bitkisinə olan tələbat da artıb. Bu bitki Şərqi Asiya torpaqlarında yetişir. Odun formasında olan udi hindi ağacdan əldə edilir. Çində daha çox olan bu ağac hər mövsüm yarpaqları olan və fəsil dəyişkənliyindən təsirlənməyən bir növdür. Bu bitkinin digər adı isə öd ağacıdır.
Udi hindi daha çox yağ və toz halında istifadə edilir. Doğru istifadə etdikdə bir çox faydaları vardır. Məsələn, immuniteti gücləndirir, bədəndən mikrobları atır, bir çox xəstəliklərin müalicəsini sürətləndirir. Bundan başqa,


  • Bədəndən mikrobların atılmasına kömək edər;
  • İltihab və infeksiyalara qarşı faydalıdır;
  • Boğaz ağrısı və burun axıntısına qarşı təsirlidir;
  • Mədə ağrıları və stressə yaxşı təsir edir;
  • Dəri sağlamlığına faydalıdır;
  • Ağız qoxusunu aradan qaldırır;