Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ən halsız qan qrupu məlum oldu - Tez tükənirlər

  • 2025.05.17 11:00
  • 64 Baxış
Ən halsız qan qrupu məlum oldu -  Tez tükənirlər

Mütəxəssislər gün ərzində yorğun və tükənməyin qan qrupları ilə əlaqəli olduğunu bildirirlər. Xüsusilə bu qan qrupuna sahib olan insanlar digər qruplara nisbətən gün ərzində daha tez yorulur və özlərini daha ləng hiss edirlər.

Medicina.az xəbər verir ki, indiki vaxtda yorğunluq müasir həyatın ayrılmaz hissəsinə çevrilib.

Uzun iş saatları, stress, yuxusuzluq və qeyri-sağlam qidalanma kimi faktorlar bu vəziyyətin əsas səbəblərindəndir. Bununla belə, məsələ təkcə həyat tərzi ilə məhdudlaşmaya bilər.



Asiya mədəniyyətlərində uzun müddətdir mövcud olan və zamanla dünyanın bir çox yerində müzakirə olunmağa başlayan bir inanc bu yorğunluq halını qan qrupları ilə əlaqələndirir.

Bu baxışa görə, insanın qan qrupu təkcə sağlamlığına deyil, həm də enerji səviyyələrinə və hətta şəxsi xüsusiyyətlərinə də təsir edə bilər.

Elm aləmində birbaşa sübut olmasa da, süni intellektlə dəstəklənən təhlillər və bəzi ənənəvi inanclar yorğunluq hissinin qan qrupları ilə əlaqəli olduğunu göstərir.

Süni intellekt alqoritmləri ilə edilən qiymətləndirmələrə görə, mənfi 0 Rh qrupu olan şəxslərin immun sistemləri ətraf mühitdəki dəyişikliklərə qarşı daha həssas işləyə bilər.

Bu vəziyyət yorğunluq, başgicəllənmə, enerjinin azalması kimi daha tez-tez şikayətlərlə özünü göstərər.

Üstəlik, bu qrup fərdlərin dəmir çatışmazlığı və bununla bağlı xroniki yorğunluq kimi vəziyyətlərə meylli olduğu iddia edilir..

Aygün
Medicina.az