Ən yaxşı koronavirus peyvəndi o seçildi

  • 2021.05.06 16:59
  • 1175 Baxış
Ən yaxşı koronavirus peyvəndi o seçildi

Onlayn Dünya Peyvənd Konqresində alimlər “Moderna” vaksininin koronavirusa qarşı ən yaxşı peyvənd olduğunu elan edib.

Medicina.az xəbər verir ki, ABŞ-da və bir sıra digər ölkələrdə istifadə edilən lisenziyalı “Moderna” peyvənd reytinqində birinci olub.

“Moderna” peyvəndi eyni zamanda konqres təşkilatçıları tərəfindən “Ən Yaxşı Yeni Peyvənd Texnologiyası/Platforması” seçilib. Bu kateqoriyada da o, “BioNtech”, “Inovio”, “Janssen”, “Medicago”, “Novavax”, “Vaccitech” və “GeneOne Life Science” peyvəndlərini qabaqlayıb. Lakin qalibin hansı parametrlər əsasında seçildiyi göstərilməyib.