Endoskopik müayinə üçün dərman içdi - Ölümünə səbəb oldu

  • 2020.01.11 12:03
  • 17910 Baxış
Endoskopik müayinə üçün dərman içdi -  Ölümünə səbəb oldu
Endoskopiya müayinəsindən öncə içdiyi dərman həyatı bahasına başa gəldi.

Medicina.az xəbər verir ki, 55 yaşlı türkiyəli Ramazan Gök, mədəsindəki ağrılarla xəstəxanaya müraciət edib. Xəstəxanada ona və endoskopiya müayinəsi olunacaq digər 5 nəfərə müayinədən əvvəl dərman içiriblər.

Lakin dərmanı içən bütün xəstələrin vəziyyəti ağırlaşıb. Ramazan adlı şəxs isə reanimasiyaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Mərhumun heç bir sağlamlıq problemi olmadığını bildirən ailəsi, onun ölümünə səbəbin həkim səhlənkarlığı olduğunu bildirib. Məsələ ilə bağlı onlar polisə şikayət edib.

Hazırda faktla bağlı araşdırmalar aparılır.