Enerjiniz niyə tükənir? - Mitoxondrial disfunksiyanın elmi izahı və həll yolları

  • 2026.07.10 15:41
  • 109 Baxış
Enerjiniz niyə tükənir? -  Mitoxondrial disfunksiyanın elmi izahı və həll yolları

Mitoxondrial disfunksiya — hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin normal fəaliyyətinin pozulmasıdır.

Medicina.az xəbəe verir ki, nəticədə hüceyrələr enerji çatışmazlığı yaşayır və bu, xüsusilə yüksək enerji tələbatı olan orqanların — beyin, ürək, skelet əzələləri, qaraciyər və böyrəklərin funksiyasına mənfi təsir göstərir.

Mümkün səbəblər: Genetik (birincili mitoxondrial xəstəliklər), yaşlanma, xroniki iltihab, oksidativ stress, infeksiyalar, toksiki təsirlər (ağır metallar, alkoqol, bəzi dərman preparatları), metabolik pozulmalar (şəkərli diabet, piylənmə), vitamin və mineral çatışmazlıqları, xroniki stress və yuxu çatışmazlığı

Mümkün əlamətlər: xroniki yorğunluq, əzələ zəifliyi, diqqət və düşünmədə çətinlik ("beyin dumanı"), yaddaş və konsentrasiya pozulması, baş ağrıları, əzələ ağrıları, tez yorulma, tez-tez xəstələnmə, xəstəlikdən sonra gec bərpa olunma, həmçinin, ürək-damar, sinir və mədə-bağırsaq sistemi ilə bağlı müxtəlif funksional pozulmalar (ürək döyüntülərinin artması, sinir oyanıqlığı…)
Mitoxondrial disfunksiyanın korreksiya alqoritmi

1. Səbəbin, yəni mitoxondrilərin fəaliyyətini pozan əsas faktorların (xr. infeksiyalar, endokrin pozulmalar, xr. stress və s) müəyyən edilməsi və aradan qaldırılması.

2. Həyat tərzi amillərinin korreksiyası (sağlam qidalanma və şəkərin, ultra emal olunmuş qidaların, trans yağların minimuma endirilməsi; keyfiyyətli yuxu, orta intensivlikdə aerob məşqlər, axşam saatlarında süni işıq mənbələrinin minimuma endirilməsi, çatışmazlıqların korreksiyası (vit. D, B qr. Vit, Mg, Omega-3 yağ turşuları…)
3. Enerji mübadiləsinin biotənzimləyici Coenzyme compositum və Ubichinon compositum preparatları ilə dəstəklənməsi

Coenzyme compositum
GÖSTƏRİŞLƏR:

- fiziki və zehni üzülmə halları
- ağır infeksion xəstəliklərdən sonra rekonvalessensiya
- stress, xroniki yorğunluq sindromu
- tənəffüs yolları, ürək-damar sistemi, mədə-bağırsaq traktı, sidik-cinsiyyət
sistemi, endokrin sistem, MSS, dayaq-hərəkət sisteminin kəskin və xroniki
xəstəlikləri
- müxtəlif mənşəli intoksikasiyalar
- hipovitaminoz
- xroniki revmatik xəstəliklər
- xərçəngönü vəziyyət

Ubichinon compositum
GÖSTƏRİŞLƏR:

- tənəffüs yolları, ürək-damar sistemi, mədə-bağırsaq traktı, sidik-cinsiyyət
sistemi, endokrin sistem, MSS, dayaq- hərəkət sisteminin xroniki xəstəlikləri
- degenerativ xəstəliklər
- fiziki və zehni üzülmə halları
- ağır infeksion xəstəliklərdən sonra rekonvalessensiya
- xroniki yorğunluq sindromu
- müxtəlif mənşəli intoksikasiyalar
- hipovitaminoz
- xroniki revmatik xəstəliklər
- kimya yaxud şüa terapiyasından sonra ağırlaşma
- prekanseroz və yeni törəmələr

Aygün
Medicina.az