İşdə özünüzü ləng, yuxulu hiss edirsiniz? Bu 5 qida sizə lazım olan enerjini demək olar ki, anında artıracaq.
“Medicina” TOP-5 enerji artıran qidaları təqdim edir.
Banan
Tapmaq asandır və ucuzdur. Banan vitamin və minerallarla çox zəngindir. Onlar yuxulu olduğunuz zaman ən yaxşı qəlyanaltı seçimidir. Südlə qatıb smuzi kimi içmək ikiqat güc verir.
Yulaf əzməsi, sıyığı
Yulaf ani enerji verən çox sağlam qəlyanaltıdır. Lif və karbohidratlarla zəngindir və onu daha da gücləndirmək üçün süd və meyvə ilə birləşdirə bilərsiniz.
Yaşıl çay
Yaşıl çayın tərkibində kofein olsa da, içkidən əldə etdiyiniz əsas fayda bu deyil. Tərkibində yuxusuzluğa səbəb olmadan zehni sakitləşdirən L-tiamin amin turşusu var.
Saqqız çeynəmək
Yəqin ki, bunu əvvəllər sınamısınız. Saqqız çeynəmək ayıqlığınızı artıra və yorğunluğu aradan qaldıra bilər.
Qoz və Badam
Qoz-fındıqların tərkibində yüksək miqdarda omeqa-3 yağ turşuları var. Eyni səbəbdən, onlar enerji səviyyələrini artırmaq üçün faydalı ola bilər, işdə kəskin qalmağınıza kömək edə bilər.
Aygün Musayeva