Engin Altan koronavirusa yoluxdu

  • 2021.12.23 14:28
  • 2116 Baxış
Engin Altan koronavirusa yoluxdu
Türkiyənin məşhur “Diriliş Ərtoğrul” serialının baş rol ifaçısı Engin Altan koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, məşhur aktyor bu barədə öz İnstaqram hesabında paylaşım edib.

Qeyd edək ki, Engin Altan hazırda TRT-1 telekanalında yayımlanan “Barbaroslar: Aralıq dənizinin qılıncı” serialında baş rolu ifa edir.