Dənizdə və basseyndə çimərkən, yaş geyimdə gəzərkən bu cinsi infeksiyalara yoluxa bilərsiz – Məşhur uroloqdan kişilərə XƏBƏRDARLIQ

  • 2018.07.17 20:54
  • 20924 Baxış
Dənizdə və basseyndə çimərkən, yaş geyimdə gəzərkən bu cinsi infeksiyalara yoluxa bilərsiz –  Məşhur uroloqdan kişilərə XƏBƏRDARLIQ

Yay mövsümü ilə əlaqədar bir sıra mövsümi uroloji xəstəliklər görülür, bir çoxları isə kəskinləşir.  Medicina.az uroloq-androloq  Seymur Mehtiyevin mövsümi məsləhətlərini təqdim edir:

 



-Həkim, yay aylarında kişilərin, elə qadınların da üzləşdiyi hansı uroloji problemlər aktualdır?


-İsti aylarda daha çox sidik ifrazında çətinliklər yaradan infeksiyalar var ki, onlar da su vasitəsilə insana keçə bilir. Böyrək xəstəliyi olan xəstələr daha diqqətli olmalıdırlar. Dənizdə, basseyndə, su hövzəsində olan bakteriyalar uretrit verə bilir. Cinsi yollarla yoluxan xəstəliklər də sudan keçə bilər. Xlamedia, qanareya basseyndə daha çox keçə bilər. Xəstə adamın yaxınlıqda çimməsi  ətrafdakılar üçün riskdir. 


Tam qorunmaq mümkün olmasa da bəzi şərtlərə əməl etməlidirlər.  Dənizin daha təmiz olan ərazilərini seçsinlər, hər basseyndə çimməsinlər. Getdikləri yerin təmizliyinə, gigiyenasına, kontingentinə diqqət yetirsinlər. Qapalı, ciddi istirahət mərkəzləri seçsinlər.


Daha bir problem çimdikdən sonra yaş çimərlik geyimidir. Çox insanlar dənizdən çıxıb  yaş geyimdə oturur, uzanır, yemək yeyir, paltarı əynində qurudur. Genital orqanlar uzun müddət nəm halda qalır. Aralıq nahiyəsində bakteriyalar üçün şərait yaranır. Iltihabi proseslər yarana bilər. Cinsi orqanlarda, prostatda, xayalarda iltihabi prosesin özülünü qoya bilər. Ona görə yaşından asılı olmayaraq kişilərə yaş, nəm çimərlik geyimində gəzməyi məsləhət görmürəm. 


-Bəs varikosel və ya prostat əməliyyatı keçirən xəstələrə çimərlik, isti qum olarmı?

-Xeyr. Əməliyyatdan 1-3 ay müddətində aktiv fiziki işlər, qaçış, yürüyüş, həmçinin üzməyi tövsiyyə etmirik. Varikosel əməliyyatı olub, gedib dənizdə çimmək olmaz.


-İstirahət və kurortlara gedib gəldikdən sonra sentyabrda insanlar hansı müayinələrdən keçməlidirlər ki, hansı infeksiyaya yoluxduqlarını aşkar etsinlər


-Əgər şikayətlər və şübhələr varsa, sidik analizi, USM, cinsi yolla yoluxan infeksiyaların yoxlanmasından – istər qadın, istər kişilər keçməlidir. 


-Bəs prostat adenoması və iltihabi xəstəlikləri olanlar isti qumda uzana bilərmi?


-Varikoseli olanların isti qumda uzanıb günəşlənməsi düzgün deyil. Prostatda isə kəskin dövr, iltihabi proses varsa tövsiyyə olunmur. Belə xəstələrə qum müalicəvi təsir etmir. Əgər qum bütün dərdlərə çarə olsaydı, nə dərdimiz. Qanamaya meyilli, sidik kisəsində daşları olanlara da isti qum olmaz, qanamanı artıra bilər. 


Qadınlarda sistit də qanama verə bilir. Sistit müalicə olunmasa sidik kisəsinin divarında qalınlaşma olur, xəstəlik xronikləşir, daim insanı narahat edir, müalicəsi də çətinləşir. Sistit əməliyyat olunmur. Zamanında müalicə etmək lazımdır. Təəssüf ki, çox insanlarımız bunu ciddi qəbul etmir. 


-Həkim, bəs toydan öncə kişilərin hansı müayinələrdən keçməsi mütləqdir və nə qədər öncə analizlər verilməlidir?


-Toydan 1-2 ay öncədən həm xanımın, həm bəyin müayinədən keçməsi vacibdir. Təbii ki, dövlətimizin gözəl addımlarından olan məcburi qan analizi və müayinədən başqa, ayrıca ginekoloji, uroloji müayinələrdən də keçməlidirlər.


Bizim tərəfimizdən tövsiyyə olunur:


-Spermoqramma – toxum analizi. Gələcəkdə övlad sahibi olmaq üçün bu vacib müayinədir. Ailə qurduqdan sonra uzun müddət hamiləlik olmadıqda gedib bu analizi verirlər və sürprizlə rastlaşırlar. Bir də var öncədən analizin cavabını və nəyə hazır olacağanı bilir.

-USM – uroloji və genital orqanların müayinəsi- orqanların anatomik olaraq dəyişikliklərini bilmək

-Sidik analizi


-Urogenital infeksiyaların yoxlanması

Şərt o deyil ki, hansısa əlamət, axıntı, yanğı, ağrı olsun. İnfeksiyalar gizli da qala bilir. Və toydan sonra cinsi yolla keçən infeksiyaları xanımına da yoluxdurur. Beləcə cütlüyün müalicəsi daha baha başa gələcək, hamiləlikdə də problemlər yaşanacaq.

Əgər 1-2 ay öncə bu müayinələrdən keçsə, hətta müalicəyə da zamanı olar.


-Bəs problemi qarşı tərəfə, yəni qız evinə deməlidirmi, yoxsa gizlətməlidir? Bir həkim kimi bu məsələdə mövqeyiniz?


-Bu artıq pasiyentin şəxsi qərarıdır. Həkimin ixtiyarı yoxdur pasiyent sirrini deməyə. Əgər müalicə olunan xəstəlikdirsə, deməyə ehtiyac yoxdur. Ciddi problemdirsə, məsələn ağır genetik problem, 0-azosperm, xayaların normal inkişaf etməməsi kimi məsələləri bir insan kimi düşünürəm ki, qarşı tərəfə desə yaxşı olar.  Amma yenə də ola bilər qarşı tərəf bununla razılaşsın, hər şeyə rəğmən ailə qursunlar. 

 



-Yeni evlənənlər üçün ən təhlükəli infeksiyalar hansılardır?


-Urogenital infeksiyalardan – xlamidoz, mikroplazmogenitaliya, qonoreya, trixomonas, qonokokk kimi infeksiyalar qısa zamanda qarşı tərəfə yoluxdurula bilir, sonsuzluğa səbəb olur. Hamiləlik baş  verdikdə dölə də mənfi təsir edir. Heç kim analiz vermədən əmin ola bilməz ki, məndə bu infeksiyalar ola bilməz. 

 





Dənizdə və basseyndə çimərkən, yaş geyimdə gəzərkən bu cinsi infeksiyalara yoluxa bilərsiz –  Məşhur uroloqdan kişilərə XƏBƏRDARLIQ
Dənizdə və basseyndə çimərkən, yaş geyimdə gəzərkən bu cinsi infeksiyalara yoluxa bilərsiz –  Məşhur uroloqdan kişilərə XƏBƏRDARLIQ