Sağlam ürək bu yaşda formalaşır – Gecikdinsə...

  • -0001.11.30 00:00
  • 0 Baxış
Sağlam ürək bu yaşda formalaşır  – Gecikdinsə...


Ömürlük ürək sağlamlığının necə olacağını müəyyən edən yaş dövrü 17-25 yaş aralığıdır.


“Medicina” xəbər verir ki, bunu Cənubi Karolina Universitetinin dosenti Jevel Scott bildirib.


Scott izah etdi ki, ürək sağlamlığı orta yaşda qəfildən azalmır, daha tez başlayır, çox vaxt fərqinə varılmır. Tədqiqatlar göstərir ki, 17 yaş ətrafında dönüş nöqtəsi baş verir: bu, qidalanma, fiziki fəaliyyət, yuxu və qan təzyiqi ilə bağlı göstəricilərin azalmağa başladığı dövrdür.

"Məktəbin sonunda bir çox yeniyetmədə ilk risk faktorları inkişaf etməyə başlayır.

Ən çox görülən nəticə aterosklerozdur, bu xəstəlikdə qan damarlarında yağ lövhələri əmələ gəlir, qan axınına mane olur və infarkt riskini artırır”.

Skottun sözlərinə görə, əsas səbəblərə piylənmə, oturaq həyat tərzi, fast food, spirtli içki və nikotin məhsulları daxildir.

Tədqiqatçı gənclər arasında nikotin istifadəsinin artmasını həyəcanverici hal kimi qeyd edib.

2002-ci ildən 2018-ci ilə qədər ABŞ-da siqaret, veyp və ya digər nikotin məhsullarından istifadə edən 18-23 yaşlı gənclərin nisbəti təxminən iki dəfə artıb. Skott vurğulayıb ki, nikotin qan damarlarına zərər verir və aterosklerotik lövhələrin əmələ gəlməsini sürətləndirir.


Ona görə də ürəyinizin qeydinə 16 yaşdan qalmalısız.


Aygün Musayeva