Xəbər verdiyimiz kimi, Abşeron rayonu Şəfəq qəsəbəsində, “Stansiya Sumqayıt” adlanan ərazidə 21 yaşlı Kəmalə Əbilova yaşadığı çoxmərtəbəli binadakı mənzilin eyvanından yıxılaraq ölüb.
Medicina.az xəbər verir ki, Kəmalənin Baku TV-yə danışan dayısı İlqar Behbudov bildirib ki, o, 6 ay bundan əvvəl burun əməliyyatı olub:
“Əməliyyat “İstanbul Klinika”sında olub. Ondan sonra uşağın beynində travma əmələ gəldi, həkimlərə getdi, amma düzəlmədi. Bakı Dövlət Universitetinin tələbəsi idi, əlaçı olub. Bilmirəm, əməliyyat zamanı narkozu artıq olub, yoxsa sinirə toxunublar. Vəziyyət budur. Həmin klinikada da cərrahı Rəşad Məmmədov olub. Əməliyyat vaxtı mən də orada olmuşam”.
K.Əbilovanın əmisi Cahid Əbilov isə deyir ki, onu əməliyyatdan sonra 3 dəfə həkimin yanına aparıblar: “Müayinə etdi, dərmanlar yazdı. Dərmanlar ona əks təsir göstərirdi. Adam görəndə qorxurdu, ürkürdü. Deyirdi, mənim yanıma gəlmə. Əməliyyatdan sonra 6 ay ərzində 2-3 dəfə universitetə getdi. Ancaq evə qapanmışdı, çölə çıxmırdı”.
Daha ətraflı videomaterialda: