Ər-arvad dəm qazından zəhərləndi- Azərbaycanda

  • 2020.11.30 16:47
  • 823 Baxış
Ər-arvad dəm qazından zəhərləndi - Azərbaycanda

Salyanda iki nəfər dəm qazından zəhərlənib.

APA-nın məlumatına görə, Salyan şəhər sakinləri, 56 yaşlı Babayev Qafar Aydın oğlu və onun həyat yoldaşı, 52 yaşlı Babayeva Fəridə Zəkulla qızı yaşadıqları ünvanda dəm qazından zəhərləniblər.

Hadisə nəticəsində F.Babayeva ölüb, Q.Babayev isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.