Ərdoğan neçə dəfə peyvənd olunub?

  • 2022.02.11 23:36
  • 2180 Baxış
Ərdoğan neçə dəfə peyvənd olunub?

Təzəlikcə koronavirusa qalib gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.

Medicina.az -ın xəbərinə görə, Türkiyə prezidenti bildirib ki, iki doza “Sinovak” və üç doza “Biontech” peyvəndi vurdurub və peyvəndlərin təsirindən xəstəliyi yüngül formada keçirib.

O qeyd edib ki, virusa yoluxduqdan 4-5 gün sonra koronavirus testinin nəticəsi neqativ olub və o, artıq tam sağalıb.

R.T. Ərdoğan, həmçinin, bazar ertəsi Birləşmiş Ərəb Əmirliklərinə səfərinin planlaşdırıldığını söyləyib.

Türkiyə Prezidenti xanımı Əminə Ərdoğanın hələ COVID-19-dan sağalmadığını da mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.

“Ümid edirəm bazar gününə qədər sağalar və səfərdə mən tək qoymaz”, - R.T.Ərdoğan vurğulayıb.