Ərəbistan sərhədlərini bağladı - Yeni mitasiyaya görə

  • 2020.12.21 15:02
  • 1928 Baxış
Ərəbistan sərhədlərini bağladı  - Yeni mitasiyaya görə

Səudiyyə Ərəbistanı səlahiyyətliləri koronavirusun mutasiyasına görə beynəlxalq hava əlaqələrini tamamilə dayandırmağa, quru sərhədlərini və dəniz limanlarını bağlamağa qərar verib.


“Hökumət Səhiyyə Nazirliyinin bir sıra ölkələrdə yeni koronavirus ştamının yayılması ilə əlaqədar məlumatlarına əsaslanaraq, bu virusun mahiyyəti barədə məlumatlar aydınlaşana qədər əhalinin təhlükəsizliyini təmin etmək üçün xüsusi hallar istisna olmaqla bütün beynəlxalq uçuşların dayandırılmasına qərar verib”.

Artıq gələn təyyarələr ölkəni tərk edə biləcək.

Səudiyyə Ərəbistanına qayıdanlar iki həftə təcrid olunmalı və koronavirus testindən keçməlidirlər.

Son üç ayda ölkəyə gələnlər anticisim testi verməlidirlər.