Əridilmiş qidaları soyuducuda nə qədər saxlamaq olar?

  • 2026.08.10 16:59
  • 116 Baxış
Əridilmiş qidaları soyuducuda nə qədər saxlamaq olar?

Əridilmiş qidaların soyuducuda uzun müddət saxlanılması sağlamlıq üçün risk yarada bilər.

Medicina.az xəbər verir ki, dondurma bakteriyaları məhv etmir, sadəcə onların çoxalmasını müvəqqəti dayandırır. Qida əridildikdən sonra isə mikroorqanizmlər yenidən aktivləşir.

Qida təhlükəsizliyi üzrə tövsiyələrə əsasən, əridilmiş məhsullar soyuducuda 0–4°C temperaturda maksimum 3 gün saxlanılmalıdır. Bu müddətdən sonra qida zəhərlənməsi riski artır.

Xüsusilə ət və balıq kimi məhsulların uzun müddət saxlanılması tövsiyə edilmir. Onların tam bişirilməsi qida təhlükəsizliyi baxımından daha etibarlı hesab olunur.

Xanım,Medicina.az