Ərini göz damcısı ilə öldürən qadın tutuldu – Tibb işçisidir

  • 2020.01.20 18:49
  • 6001 Baxış
Ərini göz damcısı ilə öldürən qadın tutuldu –  Tibb işçisidir


53 yaşlı tibb bacısı Lana Kleyton ərini qəsdən öldürməkdə ittiham olunaraq, məhkəmə qarşısına çıxarılıb. Qadına qəsdən ərini tibbi manipulyasiya ilə öldürdüyü sübut olunaraq, 25 il azadlıqdan məhrumetmə cəzası verilib.


Medicina.az xəbər verir ki, qadın evdə şiddətə məruz qaldığı və kişi ona boşanmaq üçün şans vermədiyi üçün onu göz damcısı ilə zəhərləyib.

64 yaşlı kişi 2018-ci ildə bir stəkan suyu içdikdən sonra ölüb. Tibbi ekspertlər orqanizmdə yüksək miqdarda kimyəvi maddə aşkarlayıblar.

Qadın tibb bacısı işlədiyindən xüsusi olaraq göz damcısı seçib. Hansı ki, dadı və qoxusu hiss olunmur.
Ekspetlər qanda bu maddəni aşkar etdikdən sonra qadın onları azdıraraq bildirib ki, əri qəbiz olduğu üçün bu damcını qəhvəsinə damızdırıb içirdi. Lakin bu versiya inandırıcı olmayıb və şübhə yaradıb.

Qeyd edək ki, qadın kişinin 7ci arvadıdır.

Prokuror qəsdin tamah məqsədilə, ərin pullarına sahib olmaq üçün törədildiyini irəli sürüb. Lara isə bildirib ki, əri onu döyür, bir neçə dəfə boğmağa çalışıb. O dərmanı suya tökərək ona verib ki, bir az canı ağrısın və öldürmək məqsədi olmayıb.


Tibbi məhkəmə tarixində göz damcısı ilə qətl ilk dəfə idi rast gəlinirdi.