Kobra dişlədikdən sonra həyat yoldaşının yarasından zəhəri sovurub çıxarmağa çalışan qadın xəstəxanaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, Çinin Yunnan əyalətinin sakini tarlada işləyərkən gözlənilmədən kobra hücumuna məruz
Kişinin qolu şişməyə, başgicəllənmə və halsızlıq başladıqdan sonra qorxmuş həyat yoldaşı televiziyada gördüyü texnikadan istifadə edərək ona kömək etmək qərarına gəlib, o, yaradan zəhəri sorub. Lakin ər xəstəxanaya aparıldıqda, ertəsi gün həyat yoldaşı da pisləşib.
Qadında həyəcan verici simptomlar yaranıb: ağızda, dildə, üzdə və ətraflarda uyuşma.
Xəstəxanadakı həkimlər hər iki xəstənin kobra zəhərinə məruz qaldığını müəyyən ediblər. Antidot tətbiq edildikdən sonra hər iki kişinin vəziyyəti sabitləşdi və bir neçə gün sonra ər-arvad evə buraxıldılar.
Aygün Musayeva