Ermənistan koronavirus statistikasında rekord vurdu

  • 2020.05.17 01:05
  • 1610 Baxış
Ermənistan koronavirus statistikasında rekord vurdu
“Ermənistan koronavirusa yoluxma hallarının artım tempinə görə dünya rekordu vurub”.

Medicina.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan öz “Facebook” səhifəsində yazıb.

“Bu gün Ermənistanda koronavirusa yoluxanların sayı 4283-ə çatıb: Gün ərzində 239 nəfər yoluxub. 5,9% artım - deyəsən, dünya rekordudur və ya ən pis nəticələrdən biri. Müqayisə üçün, eyni gündə dünyada yeni yoluxanların artımı orta hesabla 2,2%, ABŞ-da - 1,8%, Rusiyada - 3,8%, Türkiyə, İranda 1%-dən az, Gürcüstanda 0,3%, Azərbaycanda 1,5% ”-dir.