Ermənistanda 127 nəfərdə koronavirus aşkarlandı

  • 2021.01.24 16:18
  • 1577 Baxış
Ermənistanda 127 nəfərdə koronavirus aşkarlandı
Ermənistanda COVID-19-a 127 yeni yoluxma qeydə alınıb, 9 nəfər vəfat edib.

Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, koronavirusla bağlı 1 953 test aparılıb, onlardan 127-nin nəticəsi müsbət olub.


24 yanvar saat 11:00-a olan məlumata görə, koronavirusa ümumilikdə 166 036 yoluxma qeydə alınıb, onlardan 154 708 nəfər sağalıb, 3 039 nəfər vəfat edib. Hazırda 7 538 nəfərin müalicəsi davam etdirilir. Bu günə kimi ümumilikdə 636 765 test aparılıb.