Ermənistanda COVID-19-dan ölüm sayı 5 minə çatır

  • 2021.07.17 11:22
  • 1229 Baxış
Ermənistanda COVID-19-dan ölüm sayı 5 minə çatır

Ermənistanda daha 187 nəfər COVID-19-a yoluxub.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 218 242-yə çatıb. Son sutkada daha bir nəfər koronavirusdan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 559-a yüksəlib.

Koronavirusa yoluxan 218 424 nəfər sağalıb, 3 386 pasiyent müalicə olunur.