Ermənistanda da “Delta” və “Britaniya” ştammları - AŞKARLANDI

  • 2021.08.02 15:42
  • 1057 Baxış
Ermənistanda da “Delta” və “Britaniya” ştammları   - AŞKARLANDI

Ermənistanda koronavirusun “Delta” və “Britaniya” ştammlarına yoluxma halları aşkar olunub.

Medicina.az əbər verir ki, bu haqda məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Məlumatda qeyd olunur ki, COVİD-19 infeksiyası üçün test nümunələrinin molekulyar-genetik tədqiqatı həyata keçirilib.

“Tədqiqat zamanı araşdırılan 30 nümunədən 4-də “Britaniya”, 25-də isə “Delta” ştammı aşkarlanıb”, - deyə nazirliyin məlumatında vurğulanıb.