Ermənistanda koronadan ölüm sayı 3 089-a çatdı

  • 2021.02.02 10:57
  • 1006 Baxış
Ermənistanda koronadan ölüm sayı 3 089-a çatdı

Ermənistanda son sutkada 143 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 231-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 089-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 772 nəfərdir. İndiyədək 158 335 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 5 035 aktiv koronavirus xəstəsi var.