Ermənistanda koronavirusdan ölənlərin sayı 2000-i keçdi

  • 2020.11.29 13:00
  • 1160 Baxış
Ermənistanda koronavirusdan ölənlərin sayı 2000-i keçdi
Ermənistanda son sutkada daha 1 174 nəfərdə koronavirus aşkarlanıb və 21 nəfər virus səbəbi ilə ölüb.

Medicina.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 134 768 nəfər olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 2142-yə çatıb.