Ermənistanda maska rejimi ləğv edildi

  • 2022.03.02 16:43
  • 1783 Baxış
Ermənistanda maska rejimi ləğv edildi

Koronavirus qadağalarının yumşaldılması tədbirləri çərçivəsində Ermənistanda sabahdan maska rejimi 90% ləğv edilir.


Medicina.az xəbər verir ki, Nazirlər Kabineti qapalı məkanlarda maska məcburiyyətini aradan götürür. Maska tələbi yalnız tibbi
müəssisələrdə, xəstəxanalarda qalacaq.

Bunu Ermənistanda kovidlə bağlı vəziyyətin stabil olması ilə əlaqələndirirlər.

Artıq qapalı məkanlarda maska taxmağa zərurət yoxdur.


Amma insanlar özlərini qorumaq üçün özləri istədikləri zaman, istədikləri yerdə tibbi maska taxa bilərlər.


MEDİCİNA.AZ