Ermənistanda yüzlərlə insanda koronavirus aşkarlandı

  • 2021.04.04 13:35
  • 1312 Baxış
Ermənistanda yüzlərlə insanda koronavirus aşkarlandı
Ermənistanda son sutkada koronavirusa 590 yoluxma qeydə alınıb.

Pandemiya ərzində ölkədə koronavirusa ümumilikdə 196 634 yoluxma qeydə alınıb. Məlumata görə, ölkədə son sutkada daha 17 nəfər COVID-19-dan ölüb. Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 3 575 nəfərə çatıb.


Son sutka ərzində 608 pasiyent koronavirusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 176 009 nəfərə yüksəlib.

Hazırda 16 150 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.