Əsgərlərin müalicəsi davam edir - Masallı və Göyçayda

  • 2020.11.19 13:24
  • 1242 Baxış
Əsgərlərin müalicəsi davam edir   - Masallı və Göyçayda

Qəhrəman əsgərlərimiz müalicəsi uğurla davam edir.

Bioloji Təbabət Klinikalar Şəbəkəsi Ermənistanın təcavüzkar addımları ilə işğalçılıq siyasətindən əl çəkməyərək dövlət sərhədimizə qarşı etdiyi terrorçu yanaşması etdiyi ilk gündən öz həkim heyyəti və ambulansla cəhbədə dövlətimizə dəstək olmaq üçün hazır olduğumuzu bildirdi və bu barədə aiddiyatı qurumlara müraciət ünvanladı.


Medicina.az xəbər verir ki, TƏBİB -in müvafiq razılığından sonra Ambulansımız -bütün tibbi avadanlıq və təchizadla və həkim heyəti ilə döyüş bölgəsində fəaliyyətə başladı.O cümlədən Bioloji Təbabət Klinikasının Masallı və Göycay filialımızda yaralı əsgərlərimizin müalicəsinədə başladıq.İndiyənədək 100– dən çox qəhrəmanımızı müalicə edib yola salmışıq və bu missiamız davam edir.Ən son əsgərimiz sağalana kimi onların əməliyyat, müalicə,bərpa -reabilitasiya və digər lazimi bütün tibbi xidmətlərimizi etməyə davam edəcəyik.

Müharibənin gedişində yorulmaz fəaliyyət göstərən bütün tibb işçilərinə və o cümlədən bu işi çox yaxşı təşkil edən TƏBİB-ə biz də öz adımızdan təşəkkür edirik.

O cümlədən müharibənin gedişində ön cəhbəyə müxtəlif dərman və tibbi ləvazimatlarla yanaşı müxtəlif qida sovqatlarınıda qəhraman əsgərlərimizə göndərmişik və bu iş bu gündə davam edir.

“Son 15 ildə ölkəmizdə bir çox yeni xəstəxanalar tikilmiş, mövcud xəstəxanalar təmir olunmuş və müasir tibbi avadanlıqlar ilə təchiz edilmişdir. Dövlət səhiyyə müəssisələri ilə yanaşı özəl tibb mərkəzlərinin də sayı xeyli artmışdır. Biz Bioloji Təbabət Klinikaları Şəbəkəsi olaraq hər zaman dövlətimizin yanındayıq.

Hesab edirik ki, hər bir sahibkar, xüsusilə özəl tibb müəssisələri xalqımızın yanında oldu və bütün qüvvələrini səfərbər etmişdir.İnanırıq ki , işğaldan azad olunmuş ərazilərimizdə sahibkarlar inversitiya edib ,yeni iş yerlərinin açılmasında yaxından iştirak edəcəkdir.Biz də öncəlik planlarımız arasında orada yeni bir filialımızın açılmasıdır.

Ali baş komandanın rəhbərliyinin altında qəhrəman əsgərlərimiz şükürlər olsun işğal olunmuş bütün topraqları azad etmişdir.Bu tarixi qələbədir, bu Azərbaycan tarixinin ən şanlı səhifəsidir.Bu qələbə 100 illiklərlə danışılacaq ,qürur duyulacaq qələbədir.

Bir daha qeyd etmək istəyirik ki, Biz Bioloji Təbabət Klinikalar Şəbəkəsi olaraq hər zaman dövlətimizin,Ali Baş Komandanımızın yanındayıq və hər zaman hər işdə öncül olmağa hazırıq.

Qələbə bizimdir,Qarabağ Azərbaycandır !
Bioloji Təbabət Klinikalar Şəbəkəsinin sədr müavini Qüdrət Yaqubov