"Estetik qurbanı" idi: "Versace"nin son halı müzakirələrə səbəb oldu - FOTO

  • 2025.08.28 18:33
  • 102 Baxış
"Estetik qurbanı" idi:  "Versace"nin son halı müzakirələrə səbəb oldu - FOTO

Dünyaca məşhur modelyer Donatella Versaçenin son görünüşü müzakirələrə səbəb olub.

Medicina.az xəbər verir ki, moda dünyasının ikonik simalarından biri olan Versace kosmetik prosedurları ilə tanınırdı.

Amma son görünüşündə xüsusən üz cizgilərinin təbiiliyi qazanması diqqəti cəlb edib. Bəziləri onun dolğularını əritdiyini iddia edib.



Sosial mediada paylaşılan fotolar izləyicilərinin böyük sürprizinə səbəb olub. Çoxları məşhur modelyeri tanımaqda çətinlik çəkib.

Moda və estetik ictimaiyyəti Versace-nin dəyişiminə inana bilməyib.

Bəziləri bunun Photoshop olduğunu iddia edib.

Budur onun son görünüşü:



Aygün
Medicina.az