Qadınların menstruasiya dövründə gigiyena və rahatlıq üçün istifadə etdiyi bezlər müxtəlif marka və növlərdə mövcuddur.
Bəzi bezlər xüsusi olaraq ətirlidir.
Medicina.az xəbər verir ki, ətirli gigiyena bezləri sağlamlıq üçün təhlükəlidir.
Yastıqların tərkibindəki ətirlər və kimyəvi maddələr vaginal nahiyədə qaşınma, qızartı və ya yanma kimi reaksiyalara səbəb ola bilər.
Ətirli məhsullar vaginanın təbii pH balansını dəyişdirə və vaginal infeksiyalar riskini artıra bilər.
Bəzi yastıqlarda istifadə olunan aromatik birləşmələr və əlavələr uzun müddət təmasda olduqda həssas dəridə qıcıqlanmaya və ya dermatoloji problemlərə səbəb ola bilər.
Ətirə əlavə edilən kimyəvi maddələr pedin nəfəs alma qabiliyyətini azalda və nəmli bir mühit yaradaraq onu bakteriyaların böyüməsi üçün əlverişli hala gətirə bilər.
Aygün
Medicina.az