Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Evdə müalicə olunan xəstənin ailə üzvləri potensial xəstə hesab olunur - TƏBİB

  • 2020.12.10 15:34
  • 1920 Baxış
Evdə müalicə olunan xəstənin ailə üzvləri potensial xəstə hesab olunur -  TƏBİB


“Bu gün COVID-19 xəstələrinin böyük hissəsi evlərdə izolyasiya olunub, amma onlar buna nə dərəcədə əməl edirlər?! Düzdür, bu xəstələrin evdən çıxmaq qadağası var, amma onlar ev daxilində olsa belə, izolyasiya qaydalarına düzgün əməl edirlərmi? Bunların özü də sual altındadır”.

Bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, dünyada yoluxma sayında baş verən artım fonunda ölkəmizdə də yoluxma sayında artım müşahidə olunmaqdadır.


TƏBİB rəsmisi qeyd edib ki, evdə müalicə olunan xəstələrin hər bir ailə üzvü növbəti günlər üçün potensial xəstə hesab olunur. Bu səbəbdən də evdə müalicə alan koronavirus xəstəsi özünü digər ailə üzvlərindən maksimum təcrid etməli, izolyasiya qaydalarına riayət etməlidir.