Evlənmək istəyənlərin 24 nəfərində HİV, 31 nəfərində sifilis AŞKARLANDI

  • 2019.05.10 14:42
  • 10166 Baxış
Evlənmək istəyənlərin 24 nəfərində HİV, 31 nəfərində sifilis  AŞKARLANDI
2019-cu ilin aprel ayında nikaha daxil olmaq istəyən 12123 nəfər qan müayinəsinə cəlb olunub.   Bu barədə Medicina.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.   Z.Əlimirzəyeva qeyd edib ki, 290 cütlükdən birində talassemiya daşıyıcılığı aşkarlanıb. Daha 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı qeydə alınıb: "Həmçinin 24 nəfərdə HİV, 31 nəfərdə sifilis qeydə alınıb”.   Direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 542038 nəfərdə qan müayinəsi aparılıb:  
"19253 cütlükdən birində talassemiya daşıyıcılığı, 1204 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1777 nəfərdə sifilis, 496 nəfərdə HİV(QİÇS) qeydə alınıb”.

 


Evlənmək istəyənlərin 24 nəfərində HİV, 31 nəfərində sifilis  AŞKARLANDI