Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı FOTO

  • 2020.11.29 11:36
  • 1885 Baxış
Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı   FOTO

Şabranda yaşadığı ünvanı tərk edən “COVID-19” xəstələri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Medicina.az-a verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin – rayon sakinləri B.Aslanov və Z.Cavadovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.


Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana gətiriliblər.

Həmin şəxslərin törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar davam etdirilir.