Eyni vaxtda 2 fərqli adda vaksin vurdurmaq olarmı - ÜST nə deyir?

  • 2021.07.01 16:05
  • 1289 Baxış
Eyni vaxtda 2 fərqli adda vaksin vurdurmaq olarmı   - ÜST nə deyir?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus əleyhinə bir vaksinin iki dozasının vurulmasını tövsiyə edir.

Medicina.az xəbər verir ki, ÜST-nin İmmunitetləşdirmə Departamentinin rəhbəri Keyt O'Brayenin sözlərinə görə, bunun səbəbi 2 fərqli peyvəndin istifadəsinin nəticələrinin hələ araşdırılmamasıdır.

Mütəxəssis son günlərdə Almaniya istehsalı “Pfizer/BioNTech” və ABŞ istehsalı olan “AstraZeneca” vaksinlərinin birləşdirilməsinin faydalı olması barəsində yayılan söz-söhbətlərə aydınlıq gətirib. O qeyd edib ki, sözügedən peyvəndlərin qarışdırılmasının təhlükəsizliyi sübuta yetirilməyib:

“Peyvəndlərin qarışdırılması nəticəsində qazanılan immunitetin bu vəziyyətdə davam edib-etməyəcəyi və istifadəsinin təhlükəsiz olub-olmaması barədə məlumatımız yoxdur”.

Keyt O'Brayen araşdırmaların davam etdiyini və yaxın aylarda yeni məlumatların ortaya çıxacağını vurğulayıb.
/publika.az/