Feng Shui-yə görə evdə bolluq-bərəkət köşəsi necə tapılır?

  • 2026.08.19 14:24
  • 102 Baxış
Feng Shui-yə görə evdə bolluq-bərəkət köşəsi necə tapılır?

Feng Shui təlimində evin müəyyən sahələrinin bolluq və maddi rifahla əlaqəli olduğuna inanılır. Bu sahə “zənginlik guşəsi” adlandırılır.

Medicina.az xəbər verir ki, bolluq-bərəkət köşəsini tapmağın iki üsulu var:

- Pusula üsuluna görə evin cənub-şərq hissəsi bolluq sahəsi hesab olunur.

- Ön qapı üsulunda isə evə girişdə dayanıb içəri baxdıqda ən uzaqda, solda yerləşən künc bolluq-bərəkət guşəsi sayılır.

Bu sahəyə yaşıl, bənövşəyi və qızılı rəngli əşyalar yerləşdirmək tövsiyə olunur. Dairəvi yarpaqlı bitkilər, kiçik fəvvarə və ya akvarium, qızılı əşyalar və sitrin daşı da Feng Shui-də bolluqla əlaqələndirilir.

Əsas məqam isə həmin küncü səliqəli və təmiz saxlamaqdır. Feng Shui-yə görə burada dağınıqlıq və sınıq əşyalar olmamalıdır.

Xanım,
Medicina.az